SON XƏBƏRLƏR

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin edam hökmü təsdiq edilib

2022.12.04, 11:19
Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin edam hökmü təsdiq edilib

Gunaz.tv

Kərəc şəhərində yaşayan 26 yaşlı azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin edam hökmü təsdiq edilib.

Vəkil Hamid Əhmədinin verdiyi məlumata görə, bundan öncə İnqilab Məhkəməsinin 29-cu bölməsinin Səhəndə qarşı "müharibə" ittihamı ilə edam hökmü tələb etməsinə baxmayaraq, ikinci hakim və işin məsləhətçisi ölüm hökmünü imzalamadığı üçün hüquqi prosedur tamamlanmamışdı.

İkinci hakim və məsləhətçinin də ölüm hökmünü imzalamasından sonra Səhənd Nurməhəmmədzadənin edam hökmü qətiləşib.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.

Onun yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam hökmünün çıxarılmasının ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar