SON XƏBƏRLƏR

Azərbaycanlı yazıçı Rza Bərahəni Kanadada dəfn olunub

2022.04.11, 07:47
Azərbaycanlı yazıçı Rza Bərahəni Kanadada dəfn olunub

Gunaz.tv

Aprelin 10-da 200 nəfərin iştirakı ilə keçirilən dəfn mərasimində Azərbaycanın hər iki tayından olan yazıçılar, sənət adamları və mühacirlər iştirak ediblər.

Martın 25-də özünün "İnstaqram" hesabında paylaşım edən yazıçının oğlu Oktay Bərahəni atasının Təbrizdə torpağa tapışırılması ilə bağlı vəsiyyət etdiyini bildirmişdi.

O, yazıçını nəşinin Təbirzə köçürülməsi üçün işlər görməyə başladıqlarını yazmışdı.

Bundan sonra sosial media fəalları, azərbaycanlı yazıçı, ziyalı və mədəniyyət adamları tanınmış azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn edilməsi üçün imza kampaniyası başlatmış, onun Təbrizin “Məqbərətül Şüəra”sında, Şəhriyarın məzarı yanında dəfn olunmasını istəmişdilər.

Bir neçə gün sonra başqa bir açıqlama yayan Oktay Bərahəni, ailəsinin Rza Bərahəninin Təbrizdə dəfn edilməsi barədə qərarlarını dəyişdiklərini və onun Kanadada torpağa tapışırılmasını istəmələrini bildirdi.

Oktay Bərahəninin son açıqlamasından sonra güneyli sosial media istifadəçiləri hökumətin ona basqı göstərdiyini və yazıçının Torontoda dəfn edilməsi ilə bağlı məsələnin ailə qərarı kimi qələmə verilməsini istədiklərini yazıblar.

Qeyd edək ki, bundan öncə 2014-cü il avqustun 12-də Bakıda vəfat etmiş professor Cavad Heyətin Təbrizdə dəfn edilməsinə İran rəsmiləri icazə verməyiblər.

Cavad Heyətin yaxınları və qələmdaşlarının müraciətinə cavab olaraq İran rəsmiləri onun yalnız Tehranda dəfn edilməsi üçün şərait yarada biləcəklərini bildirmişdilər.  

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar