SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci hərəkatının fəalı Pinar Şakir məhkəməyə çağırılıb

2022.11.01, 07:55
Azərbaycanlı öyrənci hərəkatının fəalı Pinar Şakir məhkəməyə çağırılıb

Gunaz.tv

Məhkəmənin elektron sistemi vasitəsilə şairə Pinar Şakirə göndərilən bildirişdə ona qarşı "hökumətə müxalif qruplara üzv olmaq və hökumətə qarşı təbliğat" ittihamı irəli sürüldüyü bildirilib.

Bildirişdə milli fəalın noyabrın 1-də adı çəkilən məhkəmə bölməsində olması istənilib.

O, bundan öncə "Azərbaycan Mədəniyyət Evi" mərkəzinin qadınlar bölməsinin başçısı kimi çalışıb.

Adı çəkilən mərkəz Tehran hökumətinin təhlükəsizlik qurumlarının göstərişi ilə bağlanıb və fəaliyyəti qadağan edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar