SON XƏBƏRLƏR

Zahidan şəhərində daha 3 məhkum dara çəkilib

2021.10.20, 07:36
Zahidan şəhərində daha 3 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq barələrində ölüm hökmü çıxarılmış daha 3 məhkum edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, məhkumlar (24 yaşlı Övliya Nurzehi, 28 yaşlı İman Səravani və Məhəmməd Gül Azərnigar) avqustun 15-i sübh saatlarında Sistan-Bəlucistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərinin zindanında dara çəkiliblər. Edam edilənlər bir gün əvvəl edama hazırlıq üçün daha iki məhkumla birlikdə təkadamlıq kameralara köçürülsə də, digər iki məhkumun ölüm hökmünün icrası müəyyən səbəblərə görə müvəqqəti olaraq dayandırılıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar