SON XƏBƏRLƏR

Zahidan zindanında saxlanılan 8 məhbusa çıxarılan ölüm hökmü təsdiqlənib

2021.10.20, 07:36
Zahidan zindanında saxlanılan 8 məhbusa çıxarılan ölüm hökmü təsdiqlənib

Gunaz.tv

GünAzTV: 6 ildir İranın Zahidan şəhərinin zindanında saxlanılan 8 məhbusa çıxarılan ölüm hökmü, İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Məhbuslar, narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılır.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barələrində çıxarılan ölüm hökmünün  təsdiq edilməsindən sonra, 8 müttəhimin (Məhəmmd Əmin Ömərzehi, Yusif Qonqurzehi, Qulam Rəsul Məzarzehi, Ənuşirvan Ömərzehi, Əlirza Narui, Nasir Ömərzehi, Abdulla Salahzehi və Nəbi Məzarzehi) yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar