SON XƏBƏRLƏR

Özbəkistan XİN başçısı: “Qondarma respublikaları tanımırıq və Ukraynaya dəstəyi davam etdirəcəyik”

2022.03.17, 07:41
Özbəkistan XİN başçısı: “Qondarma respublikaları tanımırıq və Ukraynaya dəstəyi davam etdirəcəyik”

Gunaz.tv

Bunu Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ölkə Senatının plenar iclasında deyib.

“Birincisi, Ukrayna ətrafındakı vəziyyət Özbəkistanda ciddi narahatlıq yaradıb. İkincisi, Özbəkistan vəziyyətin və münaqişənin sülh danışıqları və diplomatik yollarla həllinə sadiqdir. Bunun üçün ilk növbədə düşmənçilik və zorakılıq dərhal dayandırılmalıdır”, - o bildirib.

XİN başçısı Özbəkistanın milli maraqlarından irəli gələrək hər iki ölkə ilə əlverişli əməkdaşlığı davam etdirəcəyini söyləsə də, Ukraynaya dəstək olacağını da vurğulayıb.

“Biz belə çətin günlərdə Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyik”, - nazir bildirib.

Qeyd edək ki, Özbəkistan Ukraynaya 28 ton humanitar yardım göndərib. (report.az)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar