SON XƏBƏRLƏR

Özbəkistan səfiri güneyli dilçi ilə görüşüb

2022.06.13, 08:19
Özbəkistan səfiri güneyli dilçi ilə görüşüb

Gunaz.tv

Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Dərya Örs Hüseyn də Düzgünə zəng edərək onun durumu ilə maraqlanıb.

İki ölkə səfirinin tədqiqatçının durumu ilə maraqlanmasına, ona tibbi dəstək təklif etmələrinə baxmayaraq, İran hökumətinin məsulları ölkə və dünya səviyyəsində tanınan alimlə heç bir əlaqə saxlamayıblar.

Qeyd edək ki, Özbəkisatn dövləti türkologiya sahəsindəki araşdırmalarına görə, Hüseyn Düzgünə "Əmir Əlişir Nəvayi" mükafatı verib.

Hüseyn Düzgün iyunun 4-də Tehranın "Şəriəti" xəstəxanasına yerləşdirilib və iyunun 9-da xəstəxanadan evə buraxılıb.

1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

O, Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini çevirib.

Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini işləyib və nəşr edib. 

content_image_1655105487.webp

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar