SON XƏBƏRLƏR

Özbəkistanda Rusiya və İran prezidentlərinin görüşü olub

2022.09.15, 10:40
Özbəkistanda Rusiya və İran prezidentlərinin görüşü olub

Gunaz.tv

İran mediasının verdiyi xəbərə görə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Özbəkistana səfər edən İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün (24 sentyabr, cümə axşamı) Rusiya prezidenti Vladimir Putinlə görüşüb və müzakirələr aparıb.

Görüş zamanı Rusiya prezidenti Vladimir Putin İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması üçün lazım olan hər şeyi edəcəklərini deyib.

Qeyd edək ki, görüşdən sonra İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub.

Anlaşma Memorandumunu Səmərqənddə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmirabdullahiyan və təşkilatın Baş katibi Çjan Min imzalayıblar.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar