SON XƏBƏRLƏR

Zəhra Nəvidpurun Məlikanın keçmiş millət vəkili Şəhruz Əfxəmi ilə telefon danışığı – Səs Faylı

2021.10.20, 07:36
Zəhra Nəvidpurun Məlikanın keçmiş millət vəkili Şəhruz Əfxəmi ilə telefon danışığı – Səs Faylı

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, həyatdaykən Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan, yanvarın 6-da isə cansız bədəni anasının evində tapılan Zəhra Nəvidpurun daha bir telefon danışığı yayılıb.

 

O bu danışığında Məlikanın keçmiş millət vəkili Şəhruz Əfxəmi ilə söhbət edib.

 

Səs Faylında eşidildiyi kimi, keçmiş millət vəkili mərhum Zəhra Nəvidpura bildirib ki, sənin təhlükəsizliyinlə bağlı hər hansı problem yaranarsa, bununla bağlı Salman Xudadadi şübhəli bilinəcək. O həmçinin vurğulayıb ki, mən bir çox məsul şəxslə danışdım, hamının səni dəstəkləməklə bağlı eyni fikirdə olduğu qənaətinə gəldim.

 

Bu Səs Faylı da yayılan digər materiallar kimi, Zəhra Nəvidpurun “Sepah” tərəfindən bir vasitə kimi istifadə olunduğu, sonra isə qətlə yetirildiyini göstərməkdədir.

 

Telefon danışığını olduğu kimi dinləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=10&v=_NiKF8T3_HQ

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar