Zəncan-Təbriz magistral yolunda ağır qəza baş verib

22.04.2020, 11:30

GünAz TV: Güney Azərbaycanın Zəncan-Təbriz magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


 

Qəza ilə bağlı məlumat verən Zəncan Yol Polisi müavini polkovnik Məhəmməd Əli Əzimi hadisə nəticəsində bir ailənin iki üzvünün öldüyünü bildirib.

 

 

Məlumata görə, bu gün səhər saatlarında baş verən hadisədə yolda dayanan yük maşını ilə “Dena” markalı minik avtomobili toqquşub.

 

 

Hadisə nəticəsində yaralanan 2 və 8 yaşlı iki uşaq xəstəxanaya çatdırılıb.

 

 

Polisin açıqlamasına görə, qəzanın əsas səbəbi yük maşının texniki nasazlığı və sürücünün təhlükəsizlik tədbirlərinə əməl etməməsi olub. 

 

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.

 


Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social