SON XƏBƏRLƏR

Zəncan yolunda baş verən avtobus qəzasında ölənlərin sayı 10 nəfərə çatıb

2021.10.20, 07:36
Zəncan yolunda baş verən avtobus qəzasında ölənlərin sayı 10 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: İsfahandan Təbrizə gələrkən Zəncan şəhəri yaxınlığında qəza keçirən avtobusda xəsarət alan sərnişinlərdən daha biri həyatını itirib.

 

Son məlumata görə, Zəncanın Musəvi xəstəxanasında müalicə alan yaralılardan 1-i həkimlərin səyinə baxmayaraq həyatını itirib. Bununla da qəzada ölənlərin sayı 10 nəfərə çatıb.

 

Bu barədə Zəncan Əyaləti Yol Polisi İdarəsinin rəisi Abbas Müzəffəri “İrna” xəbər agentliyinə məlumat verib.

 

Onun sözlərinə görə, Musəvi xəstəxanasına çatdırılan yaralılardan 5-i artıq evə buraxılıb. Onlardan biri həyatını itirib, qalan 4-ü isə hələ də müalicə alır.

 

Hadisə çərşənbə axşamı günü yerli vaxtla saat 4:30-da Zəncan şəhəri yaxınlığında baş vermişdir.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar