SON XƏBƏRLƏR

Zəncanda tələbələr unviversitetin yataqxanasının acınacaqlı vəziyyətdə olmasından şikayətlənirlər

2021.10.20, 07:36
Zəncanda tələbələr unviversitetin yataqxanasının acınacaqlı vəziyyətdə olmasından şikayətlənirlər

Gunaz.tv

GünAz TV: Zəncan Universitetində hökm sürən qeyri-standart və anti-sanitar vəziyyətə tələbələr etiraz edirlər.

 

Onlar bildirirlər ki, yatanxanada mövcud olan anti-sanitar vəziyyət, köhnə və sıradan çıxmış təchizatlar, natəmizlik və zibillərin vaxtında atılmamasından yaranan kəskin qoxu buranı yaşanmaz hala gətirib.

 

Tələbələr həmçinin qeyd edirlər ki, yataqxanada 100 nəfər üçün 3 hamam var və onların da duşları işləmir.

 

Zəncan Universitetinin yataqxanalarında ciddi çatışmazlıqlardan biri də yer azlığıdır. Buna görə də, 4 nəfərlik otaqlar 6 nəfərlik edilib, hətta bəzi mərtəbələrdə namaz otaqları da tələbələrin qalması üçün yaşayış otaqlarına çevrilib. Bu isə heç bir standartlara uyğun olmamaqla yanaşı, tələbələrin rahat yaşaması və təhsil almasına ciddi əngəl törədir.

 

Tələbələr həmçinin bildirirlər ki, ayaq yolları və hamamlarda su və işıq təchizatları yarıtmaz haldadır.

 

Tələbələrin yataqxanaya görə hər il universitetə böyük məbləğdə pul ödəməsinə baxmayaraq, bəzi otaqlarda soyuducu və komod kimi başlıca zəruri təchizatlar belə yoxdur.

 

Ötən illərin əksinə olaraq, bu il yataqxana məsulları tələbələrə döşək də verməyiblər və bunu sanitar vəziyyətin qorunması ilə əlaqələndiriblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar