SON XƏBƏRLƏR

Zəncandan olan güləşçi qızıl medalını türk millətinə həsr edib - VİDEO

2021.10.20, 07:36
Zəncandan olan güləşçi qızıl medalını türk millətinə həsr edib - VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərindən olan güləşçi Asiya oyunlarında qazandığı qızıl medalı türk əhalisi və “Traxtur” tərəfdarlarına həsr edib.

 

Hüseyn Nuri ötən günlərdə Çində keçirilən yunan-Roma güləşi üzrə böyüklər arası Asiya Çempionatında qızıl medala layiq görülüb. 87 kq çəki dərəcəsində güləşən soydaşımız Çin, Yaponiya və Özbəkistandan olan rəqiblərini məğlub edərək final mərhələsinə yüksəlib. O final yarışında Hindistandan olan Kumar Sonil adlı güləşçiyə 2:0 hesabı ilə qalib gələrək yarışların qızıl medalını qazanıb.

 

Hüseyn Nuri uğurulu çıxışından sonra verdiyi bir müsahibədə qazandığı medalı İranda yaşayan türklər, xüsusi ilə də “Traxtur” tərəfdarlarına həsr etdiyini bildirib.

 

https://www.youtube.com/watch?time_continue=1&v=il5onn3PHio

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar