SON XƏBƏRLƏR

Zəncanlı alpinist Tarəm yüksəkliklərində həlak olub

2021.10.20, 07:36
Zəncanlı alpinist Tarəm yüksəkliklərində həlak olub

Gunaz.tv

GünAz TV: Tarəm (Tarım) şəhərinin yüksəkliklərində qar və çovğuna düşən 15 alpinistdən (dağçı) biri həlak olub.

 

Alpinistlər cümə günü dağa çıxıblar, onlar yüksəklikləri güclü duman bürüdüyü üçün azıb, yolu itiriblər.

 

Bu barədə Zəncan Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Şəhram Mirzayi jurnalistlərə verdiyi açıqlamada alpinistin qaya parçalarının düşməsi nəticəsində öldüyünü deyib.

 

“Cümə günü saat 17 radələrində yoxa çıxan alpinistlərin ailələri Zəncan Qızıl Aypara Cəmiyyətinə xəbər verib. Bundan sonra lazımi işlərin hamısı görülüb. Alpinistlər tapılıb, lakin onlardan biri dağda həlak olub. Alpinistlərin 40-50 arası yaşı olub, onların mobil telefonu şəbəkə vermədiyi üçün əlaqə saxlaya bilməyib və yolu itiriblər”- deyə o bildirib.

 

Ş.Mirzayinin sözlərinə görə, “ölən alpinistdən başqa digər alpinistlər özlərini Curciqan kəndinə çatdırıblar, onların vəziyyəti yaxşıdır.”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar