SON XƏBƏRLƏR

Zərifdən husilərə açıq dəstək: “Yəməni müdafiə etmək hamımızın vəzifəsidir”

2021.10.20, 07:36
Zərifdən husilərə açıq dəstək: “Yəməni müdafiə etmək hamımızın vəzifəsidir”

Gunaz.tv

GünAz TV: İranda “Yəmənə Xalq Dəstəyi Qərargahı” adlı qurumun toplantısı keçirilib.

 

İranın Ali Məsləhət Şurasının katibi Möhsün Rzayi və Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, bir çox rəsmi və axundun qatıldığı görüşdə Yəmənin daxili işlərinə bir daha müdaxilələr edilib və Səudiyyə Ərəbistanı əleyhinə fikirlər səsləndirilir.

 

Görüş zamanı çıxış edən Möhsün Rzayi və digər axundlar iş adamlarını, müxtəlif müəssisələr və xeyriyyəçiləri “Yəmən xalqına” kömək etməyə çağırıb. İran Yəməndə husilər hərəkatına bağlı olan şəxsləri Yəmən xalqı adlandırdığına görə, bu çağırış birbaşa olaraq husilərə kömək etmək üçün edilib.

 

Məhəmməd Cavad Zərif də öz çıxışında “Yəmən xalqına kömək etməyi özlərinin borcu” adlandırıb və Səudiyyə Ərəbistanı əleyhinə fikirlər səsləndirib.

 

Qeyd etmək lazımdır ki, İran Yəməndə vətəndaş müharibəsi başlayandan husilərə hərbi və maddi yardım göstərir. Bu gün İran xalqının vəziyyəti ağır olsa da, iranlı rəsmilər və axundlar hələ də regionda fəaliyyət göstərən terror təşkilatlarına milyardlarla dollar yardım edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar