SON XƏBƏRLƏR

Millət vəkili Qəzvini "susuzluqdan yanan bölgə" adlandırıb

2021.11.19, 12:27
Millət vəkili Qəzvini "susuzluqdan yanan bölgə" adlandırıb

Gunaz.tv

Millət vəkili əyalətdə içməli su və kənd təsərrüfatına gərək olan suyun çatışmadığını deyib, bu problemin aradan qaldırılması üçün əyalət rəhbərliyinə müraciət edib.

“Qəzvin ölkədə nadir əyalətlərdədir ki, zəngin su qaynaqlarına malik olmasına baxmayaraq, susuz əyalət adı ilə tanınıb və özünün su qaynaqlarını idarəetmə haqqına sahib deyil”-deyə, Siyahkəli bildirib.

O, uzun illərdir içməli su çatışmazlığının aradan qaldırılması iıə bağlı verilən vədlərin heç birinin özünü doğrultmadığını, problemin həlli üçün özəl sektorun investisiyasına ehtiyac duyulduğunu qeyd edib.

“Bu il Taliqan su anbarından Qəzvin şəhərinə içməki su kəmərinin çəkilməsi üçün özəl sektorla danışıqlar aparmışıq.

Əks təqdirdə dövlətin bu sahəyə büdcə ayırması üçün daha 30 il gözləməli olacağıq”-deyə, millət vəkili vəsait ayrılması ilə bağlı dövlətin vədlərinin boşa çıxdığını söyləyib.

Lütfullah Siyahkəli əyalətdə işsizliyin ciddi problemə çevrildiyini, əhalinin məşğulluğu üçün iş yerlərinin məhdudluğunu diqqətə çatdırıb.

“İnqilabdan öncə Qəzvin əyalətində olan iş yerlərinn, sənaye şəhərcikləri və zavodların çoxluğuna görə, başqa əyalətlərdən, o cümlədən, Tehran, Mazandaran, Gilan və Həmədan əyalətlərində buraya iş dalınca çox sayda insan axın edərdi.

İndi Qəzvinin öz övladları iş tapmaq üçün yurd-yuvalarından didərgin düşüblər”-deyə, Qəzvinin nümayəndəsi əyalətdə işsizliyin əyalətdən köçə səbəb olduğunu bildirib.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar