SON XƏBƏRLƏR

Qəzvin sənaye müəssisələri ağır durumdadır

2022.04.01, 14:02
Qəzvin sənaye müəssisələri ağır durumdadır

Gunaz.tv

O, Qəzvinin kənd təsərrüfatı və əkinçilik sahəsində ölkədə birincilərdən olmasına baxmayaraq yeni sistem və texnologiyaların tətbiq edilməməsinin bu sahəyə ciddi ziyan vurduunu söyləyib.

“Hazırda Qəzvin əyalətində kənd təsərrüfatı aşağı məhsuldarlıq, yüksək su sərfiyyatı və köhnəlmiş sənaye sahələri ilə tanınır. Sənaye müəssisələrinin əksəriyyəti köhnəlib və 40 və 50 il istifadə müddətinə malikdir. 50 il əvvəl istehsal xətti xaricdən alınaraq ölkəyə gətirilib və eyni məhsul kiçik dəyişikliklərlə istehsal olunur.

Bu texnologiyaların isə istismar müddəti bitdiyi üçün məhsuldarlığın  aşağı, istehsal xərclərinin isə artmasına səbəb olur”-deyə, Mustafa Mafi bildirib.

Elm və Texnologiyalar Parkının rəhbəri problemlərin həll yolunun yalnız elm və texnologiya parkında biliyə əsaslanan sənaye və kənd təsərrüfatı sahəsinin yaradılması ilə aradan qaldırılmadığını qeyd edib.

O, Sənaye, Mədən və Ticarət Təşkilatı, Kənd Təsərrüfatı İdarəsi, böyük sənaye müəssisələrinin öz strukturlarında dəyişiklik etməli olduqlarını, texnologiyalar parkından yeni məhsullar almaqla onun dirçəlməsinə dəstək verməli olduqlarını bildirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar