SON XƏBƏRLƏR

Qəzvində etiraz aksiyalarında öldürülən Cavad Heydərinin daha bir qardaşı həbs edilib

2022.11.22, 21:03
Qəzvində etiraz aksiyalarında öldürülən Cavad Heydərinin daha bir qardaşı həbs edilib

Gunaz.tv

Cavad Heydərinin bacısı Fatimə Heydəri öz "Twitter" hesabında daha bir qardaşının həbs olunduğunu açıqlayıb. 

O, anasının bundan öncə həbs edilən Məhəmməd Heydərinin barəsində məlumat almaq üçün məhkəmə qapılarında gözlədiyi zaman Höccət Heydəri və başqa iki qohumlarının təhlükəsizlik məmurları tərəfindən tutularaq naməlum yerə aparıldıqlarını yazıb.

"Ümumilikdə 15 nəfər ailə zvlərimiz və yaxınlarımız barəsində tutuqlanma qərarı çıxarılıb, evimizdə axtarış aparılıb.

Daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq, sui-qəsd etmək, ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanlar qarşıdurma yaratmaq və qırğın törətmək üçün təhrik etmək kimi ittihamlarla üzləşmişik",-deyə, fatimə Heydəri bildirib.

Fatimə Heydəri sentyabrın 22-də İran rejiminə qarşı xalq etirazları zamanı həyatını itirən Qəzvin əyalətinin türk qurbanlarından olan Cavad Heydərinin bacısıdır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar