SON XƏBƏRLƏR

Qəzvində məktəb gözətçilərinin etiraz aksiyası keçirilib

2022.03.09, 05:27
Qəzvində məktəb gözətçilərinin etiraz aksiyası keçirilib

Gunaz.tv

Güney Azərbaycanın Qəzvin şəhərinin məktəb işçiləri və gözətçiləri martın 8-də etiraz mitinqi keçirib və ağır iş şəraitlərindən narazılıqlarını bildiriblər.

Onlar əmək haqlarının az olması ilə yanaşı Sosial Təminat İdarəsinin gözətçilər üçün nəzərdə tutulan güzəştləri yerinə yetirməməsi, bayramlıq və başqa ödənişlərin verilməməsinə etiraz ediblər.

Qəzvinlə yanaşı başqa şəhərlərdə də oxşar istəklərlə keçirilən aksiyalara minlərlə gözətçi qatılıb, onlar Tehranda İran parlamentinin binası qarşısına toplaşıblar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar