SON XƏBƏRLƏR

Qəzvində təbii fəlakətdən zərər çəkənlərə təzminat ödənilmir

2022.04.23, 13:33
Qəzvində təbii fəlakətdən zərər çəkənlərə təzminat ödənilmir

Gunaz.tv

Qəzvin, Abyek və Ələmut şəhərlərinin İran parlamentindəki millət vəkili Lütfüllah Siyahkəli Muradi ötən il əyalətdə sel və təbii fəlakətdən zzərər çəkənlərə bir qəpik belə təzminat ödənilmədiyini deyib.

Əyalət valisi, Böhran İdarəetmə Mərkəzinin başçısı və başqa məsullar əhalinin problemləri ilə maraqlanmalı olduqlarını deyən millət vəkili, bu müddət ərzində heç bir hökumət rəsmisinin təbii fəlakət baş verən bölgələrdə ziyan görən əhali ilə görüşməsiyini söyləyib.

Qedy edək ki, 2021-ci ilin avqust ayında Qəzvin əyalətinin Avuc və Ələmut bölgələrində baş verən sel və daşqınlar nəticəsində bölgə əhalisinə külli məbləğdə ziyan dəyib.

Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, minlərlə hektar əkin və bağ sahəsi, yaşayış evləri dağılıb, çox sayda mal-qara, avtomobili sel suları aparıb. 

Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qüdrətullah Mehdixani ümumilikdə əyalətə 450 milyard tümən ziyan dəydiyini bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar