SON XƏBƏRLƏR

Qəzvində yarımçıq layihənin açılışı narazılığa səbəb olub

2022.02.18, 11:10
Qəzvində yarımçıq layihənin açılışı narazılığa səbəb olub

Gunaz.tv

Qəzvin əyalətinin Abyek şəhərində yarımçıq layihənin açılış mərasiminin keçirilməsi narazılıqla qarşılanıb və şəhər fərmandarı Hamid Fütuhi açılıç ərasimini tərk edib.

Bir neçə il bundan öncədən tikintisinə başlanan Abyek şəhərinin meyvə-tərəvəz bazarı bu sahə fəalları və kənd təsərrüfatı məhsulları istehsalçılarının təkrar müraciətlərindən fevralın 17-də açılmalı idi.

Yerli medianın verdiyi məlumata görə, açılış mərasiminə iş adamları, istehsalçılar və şəhər rəsmilərinin toplaşdığına baxmayarq, Abyek şəhərinin fərmandarı Hamid Fütuhi layihənin yarıçmışq olduğuna etiraz edib.

O, şəhər nümayəndələrinin təkidlərinə əhəmiyyət vermədən mərasimi tərk etdiyi üçün açılış mərasimi yarımçıq saxlanılıb.

Sonradan mediaya açıqlama verən Fütuhi bazarın bir sıra bölmələrinin tamamlanmadığı, ətraf yolların asfaltlanmadığı üçün layihənin açılışının yrsiz olduğunu bildirib.

“Xalqla doğru davranmaq, ona dəqiq hesabat vermək gərəkdir”-deyə, narazı fərmandar məsulların əhaliyə qarşı doğru davranmadıqlarını söyləyib.

 

حامد فتوحی، سرپرست فرمانداری شهرستان آبیک شد | خبرگزاری فارس

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar