SON XƏBƏRLƏR

Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

2022.09.26, 06:39
Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

Gunaz.tv

Qeyd edək ki, həmin gün Cavad Heydərinin dəfn mərasimi keçirilib.

Dəfn mərasimində onun anası "o dünyada necə cavab verəcəksiniz" deyə, İranın hökumət başçılarına səslənib.

Heydərinin bacısı qardaşının məzarı üstündə hökumətin tətbiq etdiyi məcburi hicaba və qardaşının güllələnməsinə etiraz olaraq yaylığını atıb və saçlarını kəsib.

Cavad Heydərinin atası Əlipənah Heydəri "Amerikanın səsi" radiosunun fars bölümünə verdiyi açıqlamada oğlunun arxadan güllələndiyini deyib.

"Hökumət məmurları oğlumu kürəyindən vurdular. Onun xəstəxanaya çatdırılması və əməliyyat olunmasına icazə vermədikləri üçün Cavad qanaxmadan həyatını itirdi",- deyə, ata bildirib.

Bu günə kimi aksiyalarda döyülüb və güllələnərək öldürülən, kimliyi dəqiqləşdirilən azərbaycanlıların sayı 5 nəfərdir.

Aysan Mədənpərəst Təbrizdə, Hədis Nəcəfi Kərəcdə, Mehdi Musəvi, Mehrdad Qurbani Zəncanda, Cavad Abbasi isə Qəzvində öldürülüblər.

Öldürülən azərbaycanlıların sayının çox olduğu, ancaq hələlik onların kimliyinin dəqiqləşdirmək mümkün olmadığı bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar