SON XƏBƏRLƏR

Ötən ay həbs olunmuş qəzvinli sosial media fəaldan xəbər yoxdur

2022.03.24, 07:09
Ötən ay həbs olunmuş qəzvinli sosial media fəaldan xəbər yoxdur

Gunaz.tv

Təhlükəsizlik məmurları qeyd olunan tarixdə axtarış barədə məhkəmə sənədi olmadan Cahanbəxşinin evinə basqın edib, onun şəxsi əşyalarını, mobil telefonunu, bilgisayarını müsadirə edərək özləri ilə aparıblar.   

Bundan öncə fevralın 8-də güneyli sosial media fəalı aldığı bildiriş vasitəsilə Qəzvin şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 1-ci bölməsinə çağrılmış, ona qarşı “sosial mediada hökumətə qarşı təbliğat və fəaliyyət” ittihamının irəli sürüldüyü bildirilib.

Mustafa Cahanbəxşinin ailəsinin bu müddət ərzində onun harada saxlanılması və durumu ilə bağlı Qəzvin prokrorluğu, məhkəməsi və təhlükəsizlik iadrəsinə etdikləri müraciətlərin cavabsız qalması fəalın taleyi barədə narahatlıqları artırıb.

Qeyd edək ki, Mustafa Cahanbəxşi bundan öncə 2021-ci ilin fevral ayında sosial mediadakı fəaliyyətlərinə görə təhlükəsizlik məmurları tərəfindən ağır şəkildə döyülüb və 90 gün müddətinə həbs edilib.

Əlbəyaxa döyüş idman növü üzrə bir neçə ölkə birincisi olan türk fəal iki azyaşlı uşaq atası olmaqla yanaşı xəstə anasının məsuliyyətini daşıyır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar