1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
|
| ||||||||||||||
1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
GünAzTv: Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək.
GünAzTv mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə. bu gün Osloda keçirilən püşkatma mərasimində müsabiqənin yarımfinallarında çıxış edəcək 34 ölkənin I və II yarımfinal çıxış edəcəyi məlum olub. Püşkatmada mayın 25-də keçiriləcək I yarımfinalda Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, İslandiya, Malta, Bosniya və Hersoqovina, Moldova, Portuqaliya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Makedoniya və Estoniya, II yarımfinalda isə Azərbaycan, Litva, İsveçrə, Gürcüstan, Türkiyə, İrlandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland, Bolqarıstan, Xorvatiya, Danimarka, Kipr, Rumıniya, İsrail və Ermənistan finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.
Bugünkü püşkatma mərasimində o da məlum olub ki, birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanan böyük dördlük Fransa, Böyük Britaniya, Almaniya və İspaniya, eləcə də bu ilki yarışmaya ev sahibliyi edəcək Norveç neçənci yarımfinalı göstərmək və səsvermək hüququ qazanıblar. Mayın 25-də keçiriləcək I yarımfinalı İspaniya və Almaniya nümayiş etdirəcək və məhz bu ölkələr yarımfinalda çxıış edəcək təmsilçilərə səs verə biləcəklər. II yarımfinalı isə nümayiş etdirmək və səsvermək Norveç, Böyük Britaniya və Fransaya həvalə olunub.
Qeyd edək ki, bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsi “Telenor Arena”da baş tutacaq. Ümumilikdə bu müsabiqədə 39 ölkə təmsil olunacaq.

GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv