1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
|
| ||||||||||||||
1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
GünAzTv: "TURAN" Strateji Araşdırmalar Mərkəzinin (www.turansam.org) başqanı, siyasi elmlər doktor Dr. Elnur Həsən Mikayılın GünAzTv Mətbuat mərkəzinə verdiyi müsahibəsi... .
- Elnur bəy xöş gördük Sizi! Son illər güclənən Türkiyə-İran münasibətlərini siyasi analitik olaraq təhlil etmənizi istərdik və həmdə bu əlaqələrin Azərbaycana nə kimi təsirləri ola bilər?
- Xoş gördük sizi. Bildiyiniz kimi, bu gün Türkiyədə siyasi iqtidarda olan AKP dini dəyərləri özündə daşıyan mühafizakar bir partiyadır. Məhz buna görə, Türkiyə ilə İran hakimiyyəti arasında əlaqələr güclüdür və İranın da İslam dövləti olması əlaqəri dahada istiləşməsinə səbəb olur. AKP iqtidarı Türkiyəyə iş başına gələndən bəri bütün İslam dövlətləriylə gözəl münasibətlər qurmaq üçün əlindən gələni etməkdədir və bu xarici siyasətin əsas xəttinə çevrilməkdədir. Bu, əlaqələr normal qarşılanmalıdır və Azərbaycan üçün də bu münasibətlərin həm müsbət həm də mənfi nəticələri doğura biləcək arqumentləri özündə ehtiva etməkdədir. Belə ki, İranda 40 milyon Azərbaycan türkü yaşamaqdadır. Türkiyə İran münasibətlərinin yaxşılaşması həm də bu, Türklərin üzərində ictimai, mədəni və iqtisadi baxımdan gözəl nəticələr verəcək. Türkiyə-İran münasibətləri tarixin hər dövründə maraqlanılmışdır və Səfəvi-Osmanlı dövlətləri arasında baş verən siyasi-hərbi çəkişmələrini kənara qoysaq, Türkiyə və Azərbaycan Türkləri hər vaxt qardaş olmuşlar.
- Hazırda, Cənub Azərbaycanda gedən proseslərlə bağlı baxışlarınız nədən ibarətdir?
- Bu gün Cənub Azərbaycanda müxtəlif axınlar meydana çıxmışdır. Bunlardan bizim üçün əhəmiyyətli olanı Azərbaycan türklərinin İranda apardığı milli davadır. Tək İranın son min ildəki şahları həmişə Azərbaycan Türklərindən olduğu faktının gerçəyi də unudulmamalıdır. Təəssüf ki, bu gerçəyi Türkiyədə çoxu insan bilməməkdədir və Azəri, İran deyəndə ağlamaq həmişə şiə müsəlman, radikal məzhəb sözləri gəlməkdədir. Halbuki İran Türkləri Cəfəri məzhəbinə üzvdürlər və İmam Cəfəri Sadiq, Hz. Əlinin 6. göbəkdən nəvəs(n)i olmuşdur. Eyni zamanda Cəfəri məzhəbinin qurucusu olan İmam Cəfəri Sadiq Həzrətləri İmam hənəfi Əzəm həzrətlərinin həm ögey atası həm də din müəllimi olmuşdur. İndi türk qardaşlarımıza soruşuram, əgər bizim məzhəbimiz radikalsa və batilsə bu zaman Cəfəri Sadiğin şagirdi olan sünni məzhəbi hənəfinin qurucusu olan İmam Hənəfi Əzəm həzrətlərinin qurduğu məzhəb necə doğru ola bilər? Əgər müəllim batilsə, onun şagirdi haqqı ola bilərmi? Bu hansı məntiqə sığır sevimli sünni türkü qardaşlarım mənim? Bu məsələlər həssas mövzular olduğu üçün, ayrıca Türkiyədə oxucu yazar nisbətinin % 45-in nəzarət altında olması səbəbiylə ayrıca Türkiyədə müəyyən qüvvələrin təbliğatı ilə Türk qardaşlarımızın sanki beyinlərinə format atılmış vəziyyətdə və robotlaşdırılmış və yalnız ön mühakimələrlə düşünən bir cəmiyyət yaradılmışdır. Düşünün Türkiyədə, mən universitet illərimdə müəllimlərimə ermənidən dost ola bilməyəcəyini izah edə bilmirdim. Onlar hər vəclə, ermənilərin türkləşdiyini müdafiə edirdilər. Bu, fikrin üzərində universitetdəki böyük professor müəllimlərim dayandırdılar. Halbuki unutmayaq ki, ermənilər biz türklərdən fərqli olaraq heç bir zaman türkləşməz və asandlıqla assimilyasiya edilə bilməzlər. Ermənilər öz uşaqlarını bələkdə olarkən ona sənin düşmənin Türkdür təfəkkürü ilə yetişdirirdilər. Böyüyüncə Türklərdən qisasımızı almalısan kimi öyüd nəsihətlərlə böyüdürlər. Ayrıca Osmanlı dövründə də ermənilərə Milləti Sıddıka yəni Sadiq millət ünvanı verilmişdir. Lakin, nankor ermənilər Osmanlıya xəyanət edərək cəbhədə Ruslara satılmış və 2 milyon Türkə soyqırımı etmişlər. Buna baxmayaraq Türklər bizə soyqırımı etdi deyərək dünyada əsası olmayan iddialarla səs küy salırlar.
- Maraqlıdır ki, biz Türkiyə mediasında Cənub Azərbaycanda gedən proseslər, həbs edilən milli fəallar, pozulan insan hüquqları ilə bağlı məlumata rast gəlmək olmur. Sizcə, bu məlumatsızlıqsan irəli gəlir, yoxsa burada başqa amillər var?
- Əlbəttə ki, başqa amillər də yer almaqdadır. Bu, amil-faktorların ən başlıcası az əvvəl də bəhs etdiyim kimi Azərbaycan türklərinin əksəriyyət olaraq şiə məzhəbinə bağlı olmasından irəli gəlməkdədir. Türkiyədə haradasa ibtidai məktəbdən etibarən məktəb kitablarında tarix dərsində çaldıran döyüşü şagirdlərə elə təlqin edilir ki, Türk gəncliyi Azərbaycan Səfəvi Türklərinə qarşı kin və nifrətlə böyüyürlər. Bu gün iqtidarda olan, AKP hökumətindən nümunə versək: Bilirsiniz ki, Kərkük Türkləri də Şiədir buna görə AKP hökuməti Kərkükdə kürd peşmərgələri və ABŞ rəhbərliyin tərəfindən qəsd edilən soyqırımına da səsini çıxarmadı. Eyni zamanda bizim şiə türkü olmamız səbəbiylə Türkiyə iqtidarı Azərbaycana Qarabağ məsələsində heç bir konkret doğru dürüst köməyi etməməkdədir.
- Buna görə artıq bəzi maneələrin aşılması lazım. Kaş ki, Yavuz Səlim Şah İsmayıl Səfəvi arasında döyüş heç olmasaydı və bu iki qardaş xalqın dövlət xaqanları döyüş yerinə ittifaqa getsəydilər bu gün dünyada qarşımızda kimsə dayana bilməzdi. Bu babalarımızın etdiyi tarixi səhvdir. İndi bizim bu səhvi etməyə haqqımızı çatmır.Təəssüf ki, bu gün Türk mediası hələ də eyni səhvi etməkdədir.
- Gələcəkdə, Cənub Azərbaycanın həlli modelini neçə görərsiniz?
- Cənub Azərbaycan bizim yaralı ürəyimizidir. Son 2 əsrdə onsuz da tarixin müəyyən obyektiv və subyektiv səbəblərindən Azərbaycan Türklərinin bəxti heç gətirmir. Tarixə bir nəzər salsanız itirilən torpaqlar Zəngəzur, Qarabağ, Cənub Azərbaycan, Borçalı, Rəvan xanlığı... Bu torpaqlar Şah İsmayılın dövründə Səfəvi-Azərbaycan torpaqları idi. Xalqımıza yenə-yeni Şah İsmayıllar lazım. Biz gənclərin arasından çıxacaq olan bu yeni Şah İsmayıllara indidən müvəffəqiyyətlər diləməkdən başqa çarəmiz yoxdur. Söhbətləşdi: Elnur Eltürk

GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv