SON XƏBƏRLƏR

"İranı faciəli günlər gözləyir"-İsmayıl Müqəddəm hökuməti Qərblə anlaşmağa çağırdı

2023.05.27, 16:19
"İranı faciəli günlər gözləyir"-İsmayıl Müqəddəm hökuməti Qərblə anlaşmağa çağırdı

Gunaz.tv

İsmayıl Girami  Müqəddəm Qərbin tətbiq etdiyi sanksiyaların şərtləri ilə İran dövlətinin razılaşmadığını tənqid edib.

“Ölkəni təcrid etməklə inkişaf mümkün deyil. Sanksiyalar ölkə iqtisadiyyatını çökdürüb.

Sanksiyalar səbəbindən maliyyə mübadiləsi imkanı olmadığı halda İran sanksiyaları aşmaqla ehtiyat hissələrinin, texnikanın idxalı üçün daha yüksək qiymət ödəməli olur”-deyə”-deyə, Müqəddəm bildirib.

O, həmçinin bildirib ki, bu durmda İran öz neftini daha yüksək endirmlə satmalı olur.

“Bu proses daxili istehsalda məhsulun başa gələn qiymətinin artmasına da səbəb olub. Xarici sərmayə ölkə daxilinə axmaq üçün qarantiyanın olmadığını görür.

Bu halda bəllidir ki, ölkəyə heç bir sərmayə yatırımı olmaz”-Sədr müavini rəsmi siyasəti tənqid edib.

Rəisinin prezidenliyi müddətindən 2 qaldığını vurğulayan Müqəddəm Dövlət deyib ki, qarşıdakı 2 ildə bu tərzdə davranarsa ölkəni faciəli günlər gözləyir.

Müqəddəm hesab edir ki, İran Amerika və Qərb ölkələri ilə nüvə danışıqlarında razılaşmağa getməlidir.

"Bununla da ölkə iqtisadiyyatının böyük probleminin həll olunacaq"-deyə, o, qeyd edib.

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar