SON XƏBƏRLƏR

İran zindanlarında 4 məhbus edam edilib

2022.09.03, 07:46
İran zindanlarında 4 məhbus edam edilib

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, Şiraz şəhərinin Adilabad zindanında 29 yaşlı Arif Məliki adlı məhkumun edam cəzası həyata keçirilib.

Qum zindanında isə 30 yaşlı Məhəmməd Xusrəvi adlı məhbus narkotik maddələrin alverində ittiham olunduğu üçün asılıb.

Bununla yanaşı Ərak zindanında narkoticarətdə günahlandırılan 28 yaşlı Mürtəza Teymuri və 27 yaşlı Məhəmmədhüseyn Kəhrari edam edilib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son hesabatına görə, bu ilin əvvəlindən İranda 346 nəfər edam edilib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar