SON XƏBƏRLƏR

İran zindanlarında intihar halları artıb

2022.04.20, 07:57
İran zindanlarında intihar halları artıb

Gunaz.tv

Məlumatda bildirirlir ki, həkimlər ağır xəstəlikdən əziyyət çəkən Məcid Keşvəri adlı məhkumun  zindandan qıraq xəstəxanada əməliyyata ehtiyacı olması barədə rəy veriblər.

Həkimlərin rəyinə və məhkumun zindan rəhbərliyinə müraciətinə baxmayaraq ona cərrahi əməliyyat olunmaq üçün icazə verilməyib.

Keşvəri bundan öncə aprelin 2-də intihara cəhd göstərib və kamera yoldaşlarının sayıqlığı nəticəsində onun həyatı xilas edilib
Bundan bir neçə gün öncə isə Makı şəhərinin mərkəzi zindanında saxlanılan Məhəmməd Dirəfşi adlı məhbus zindan və məhkəmə məsullarının qeyri-qanuni hərəkətlərinə etiraz olaraq intihar edib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar