SON XƏBƏRLƏR

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

2022.12.06, 14:08
İranda öldürülən etirazçıların son sayı açıqlanıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının oktyabrın 5-i axşam saatlarına yaydığı məlumatda 17 sentyabrdan 5 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 473 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18215 nəfərin saxlanıldığı, onlardan 3524-in kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 584 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 159 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar