SON XƏBƏRLƏR

İranda 8 məhkum edam edilib

2022.10.06, 09:18
İranda 8 məhkum edam edilib

Gunaz.tv

İran İnsan Haqları Mərkəzinin yaydığı məlumata görə, bazar günü Şiraz şəhərinin Adilabad zindanında Haşım Mahmudzadə, Yusifəli Çalani, Abbas Fəthəliyan və Heydər Ramazani adlı 4 nəfər narkotik maddələrin alveri ittihamı ilə edam edilib.

Bununla yanaşı adı çəkilən zindanda daha iki nəfərin eyni ittihamla dar ağacından asıldığı bildirilir.

Ancaq onların kimliyi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Qəzvin şəhərinin zindanında isə Kiyomərs Pərvanə və Həsən Höccəti adlı daha iki müttəhimin asılaraq edam edildiyi bildirilib.

İran İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə, cari ilin ilk 6 ayında 6-ı qadın və 67-i etnik bəluç olmaqla İranda 251 nəfər edam edilib.

Ötən ilin eyni dövründə edam sayının 117 nəfər olduğunu qeyd edən mərkəz İbrahim Rəisinin prezident seçilməsindən sonra edam sayının kəskin artdığını bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar