SON XƏBƏRLƏR

İranda bəhailərin həbsi davam edir

2022.10.13, 10:25
İranda bəhailərin həbsi davam edir

Gunaz.tv

İnsan haqları təşkilatları və sosial media fəalları son günlər Pərisa Ruhi Zadeqan, İlham Salari, Əmin Şərifi Müctəba, İnayətullah Nəimi, Peyam Vəli, Sepehr Ziyayi, Sirus və Ərməğan Zəbihi və Arəş Zamaninin həbs edildiyini bildirirlər.

Adı çəkilən şəxslər Şiraz, Məşhəd, İsfahan, Kərəc və Tehran şəhərlərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Cavidan 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar