SON XƏBƏRLƏR

İranda daha bir zabit öldürülüb

2022.04.22, 09:21
İranda daha bir zabit öldürülüb

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, üç nəfər bəluçla “Sepah”ın sərhədçiləri arasında baş verən atışma zamanı gizir Müctəba Mir güllələnib.

Bundan bir neçə gün öncə aprelin 14-də silahlı atışmada yaralanmış İranın Sistan və Bəluçistan şəhərinin İnqilab Keşkilçiləri Korpusuna (SEPAH) bağlı sərhəd mühafizə dəstəsinin zabiti leytenant Əli Şeyxi ölüb.

Qeyd edək ki, bu son bir ayda Sistan və Bəluçistan əyalətində baş verən ilk silahlı qarşıdurma deyil.

Bundan öncə baş verən silahlı qarşıdurmalar zamanı onlarla bəluç öldürülüb və bir neçə SEPAH zabiti güllələnib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar