İran Səhiyyə Nazirliyinin nümayəndəsi Məryəm Məsudifər ölkədə vəba xəstəliyinə yoluxanların sayının artdığını deyib.
Rəsmi məlumata görə, yoluxanlardan 42 nəfəri Kürdüstan, 15-i Kirmanşah, 2 nəfəri Qərbi Azərbaycan və 1 nəfər isə Buşehr əyalətlərində qeydə alınıb.
Məryəm Məsudifərin dediyinə görə, yoluxanların yaşı 30-60 arasındadır.
Onların 75 faizi kişi, 25 faizi qadındır.
Yoluxanların 78 faizi şəhərlərdə yaşayanlardır.
Timur