GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Şolts: NATO və Rusiya arasında müharibənin olmaması üçün əlimdən gələni edəcəm
Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı
“Stadiumda bir oturacaq mənim haqqımdır” kompaniyasına start verilib
“İran rejimi Azərbaycan türklərini respublikanın siyasət işlərindən kənarlaşdırmaq istəyir” iranşünas mütəxəssis
Təbriz bazarında kafe restoranların fəaliyyət icazəsi ləğv edilib
Baş katib: KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır
Urmu gölü ətrafında yenidən duz fırtınaları yüksəlib
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
İnterpol cinayətkar dəstələrin dünya üzrə illik 3 trilyon gəlirləri olduğunu bildirib
Tehranda idman yarışında milli şüarlar səsləndirilib
Gilanda qadın hüquqları müdafiəçiləri barədə 60 il həbs qərarı çıxarıldı
Sergey Narışkin Şimali Koreyaya səfər edib
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
Gənclər maddi ehtiyaca görə orqanlarını satır
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
İranda 1 milyona yaxın şagird təhsilalma hüququndan yararlana bilmir
Azərbaycan millisi İrəvana getməkdən imtina edib
İranda yol qəzalarında ölənlərin son statistikası açıqlandı
İstanbula səfər edən iranlı turistlərin sayı açıqlandı
Mayın sonundan başlayaraq Xocalıya ilk köç nəzərdə tutulub
KİV: Türkiyə, BƏƏ və Çin bankları Rusiya neftinin ödənişlərini gecikdirir
DİN: Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün tədbirlər görülür
Şərqi Azərbaycana turist səfərlərində artım qeydə alınmayıb
Ukrayna ordusu Rusiyanın 10 PUA-sını vurub
"Hizbullah"ın İsrailə endirdiyi raket zərbəsi nəticəsində 1 nəfər ölüb
"Bloomberg": Makronun Ukrayna ilə bağlı açıqlamaları Vaşinqtonda narahatlıq yaradıb
Əli Xamənei yenidən fars dilinin durumundan narahat olduğunu bildirib
Beynəlxalq arxeoloji kompleksdə Azərbaycan rəqsi və əski ənənəsi icra olunub
"İran-Pakistan qaz borusu xətini dəstəkləmirik"- ABŞ
Təbrizdə şəxsi mənzildə partlayış olub: yaralananlar var
Türkiyənin Hannoverdəki Baş Konsulluğuna hücum olub
İsmayıl Haniyə Xamenei ilə görüşüb
Təbriz şəhəri küçələrində Orxun əlifbası və türk damğaları naxışlanıb
ABŞ SEPAH-ın Qüds Qüvvələri, digər qurum və şəxslərə sanksiya tətbiq edib
KİV: Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır
İsrailin təhlükəsizlik rəsmisi: Bu hücum İrana cavabdır!
İranda çevik polis alayının zabiti güllələndi
İran Küveyti yenə hədələyib
İsmayıl Haniyə İrana gəlir
İranda tibbi xidmətlər tariflərinin artırılması qərara alınıb
Universitet müəllimi: Ən yaxşı müəllimlərimiz işdən qovulub
Ukrayna Rusiyanın Krımda ələ keçirdiyi desant gəmisinə raket zərbəsi endirib
Bu gün Şuşa şəhərinin Ermənistan işğalından azad edilməsindən iki il ötür.
Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.
Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.
Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.
Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib.
Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır.
Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.
Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Son iki il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Ötən ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Eyni zamanda, ötən ilin mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.
Bundan əlavə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin noyabrın 7-də Füzuli rayonundan Şuşaya çəkilən Zəfər yolunun açılışında iştirak ediblər. 2021-ci ilin iyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olublar.
Burada iki qardaş ölkənin liderləri arasında təkbətək görüş keçirilib.
Daha sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.
Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad edilən Şuşada ilk dəfə Vaqif Poeziya Günləri keçirilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə iki gün davam edən tədbirin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb. Sonra dövlət başçısının sərəncamı ilə Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi yaradılıb.
Bu ilin yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Hazırda Şuşada həyat canlanmaqdadır və şəhər öz sakinlərinin yolunu gözləyir.
Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb.
Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.
Ayxan
Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı
“İran rejimi Azərbaycan türklərini respublikanın siyasət işlərindən kənarlaşdırmaq istəyir” iranşünas mütəxəssis
Təbriz bazarında kafe restoranların fəaliyyət icazəsi ləğv edilib
Tehranda idman yarışında milli şüarlar səsləndirilib
Gənclər maddi ehtiyaca görə orqanlarını satır
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
İranda 1 milyona yaxın şagird təhsilalma hüququndan yararlana bilmir
Mayın sonundan başlayaraq Xocalıya ilk köç nəzərdə tutulub
Ukrayna ordusu Rusiyanın 10 PUA-sını vurub
Əli Xamənei yenidən fars dilinin durumundan narahat olduğunu bildirib
ABŞ SEPAH-ın Qüds Qüvvələri, digər qurum və şəxslərə sanksiya tətbiq edib
KİV: Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır
İsrailin təhlükəsizlik rəsmisi: Bu hücum İrana cavabdır!
Milli fəalın atası paylaşımına görə polisə çağırıldı
Təbrizli ekofəal həbs edilib
XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb
Güney Azərbaycanda yeni il Urmu İli elan olunub
Azərbaycan Prezidentinin NATO Baş katibi ilə təkbətək görüşü olub
Niger İrana uran satışı fikrindədir
Azərbaycan rəqsi müəllimi və mədəni fəal məhkəməyə çağırıldı
Oğuz tayfalarının damğalarını əks etdirən maket şəhərdən yığışdırılıb
Güney Azərbaycanın məşhur arxeoloji məkanında bayram tədbiri keçiriləcək
“TRACTOR In The UK” Komandası bayram münasuibəti ilə təbrik ünvanlayıb
XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb
Rusiya MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib, Putin xalqa müraciət edib
Milli fəalın atası paylaşımına görə polisə çağırıldı
Hakan Fidan: “Türkiyə gələcəyini Avropada görməyə davam edir”
Almaniya Ukraynaya “Tornado” döyüş təyyərələrini göndərə bilər
Təbrizli ekofəal həbs edilib
İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı
"Məqsədimiz İranda cinayət törədənləri mühakiməyə çəkməkdir"- Cavid Rahman
ABŞ İranın raket proqramı ilə əlaqədar sanksiya tətbiq edib
Kreml: Rusiya hazırda müharibə vəziyyətindədir
"Tehran tərəfindən husilərə həmlələri dayandırın deyiləcəyini eşitmək istərdik"- ABŞ
"Tehran, Pekin və Moskvanın birləşməsi narahatlıq doğurur"- ABŞ
İranda benzin sərfiyyatı istehsal müvzinətini aşıb
“İrandan qaz borusunun çəkilməsi üçün ABŞ-ın bizə icazə verməsi lazım deyil”- İslamabad
Kandanın Miqrasiya Məhkəməsi kemiş İran rəsmisinə deportasiya qərarı çıxarıb