SON XƏBƏRLƏR

Ərdəbildə 3.8 bal gücündə zəlzələ baş verib

2022.01.12, 12:13
Ərdəbildə 3.8 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:56 dəqiqədə Ərdəbil əyalətinin Xalxal və Kosər şəhərlərində qeydə alınıb.

Rixter cədvəli ilə 3.8 bal gücündə olan zəlzələ yerin 9 kilometr dərinliyində olub.

Xalxal şəhərinin Böhran İdarəetmə Mərkəzinin başçısı Rza Delqoşa zəlzələnin törətdiyi fəsadlar barədə hər hansı məlumatın daxil olmadığını deyib.

Onun sözlərinə görə, mərkəzin əməkdaşları dəqiqləşdirmə aparmaq üçün zəlzələ baş verən bölgələrin kəndlərinə göndərilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar