İran istehsalatda işçi ölümlərini gizlədir: İnsan haqları təşkilatları 1 Mayla bağlı hesabat yaydı

2021-05-01 11:30

İnsan haqları təşkilatları 1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə son bir ildə İranda işçilərin ümumi durumu ilə bağlı hesabat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Hesabata görə, İranda işçilər bir çox hüquqlardan, o cümlədən normal əmək haqqı, sinfi təşkilatlar qurmaq hüququ, iş təhlükəsizliyi və s-dən məhrumdur.

Son bir ildə (mart 2020-2021) yayınlanan məlumatlara görə, bu müddət ərzində ən azı 9367 işçinin iş yerlərində ölməsi və yaralanması ilə bağlı məlumatlar təsdiqlənib.

Mart 2020-ci ildən mart 2021-ci ilə kimi 7577 işçinin iş zamanı yaralanması ilə bağlı məlumatlar yayılıb. Bu rəqəmin 7073 faktı rəsmi şəkildə təsdiqlənib. 504 fakt isə mədəni və sinfi fəallar tərəfindən bildirilib.

Eyni halda bu müddət ərzində ən azı 1545 nəfərin iş yerində həlak olması ilə bağlı faktlar rəsmi dövlət qurumları tərəfindən təsdiq edilib. Müstəqil insan haqları və sinfi təşkilatlar isə rəsmi rəqəmdən əlavə daha 245 işçinin iş yerində həlak olması ilə bağlı məlumatlar yayıblar.

Qeyd edək ki, bir çox sahələrdə olduğu kimi bu sahədə də şəffaflıq yoxdur. Fəhlələrin ölüm və yaralanması ilə bağlı baş verən hadisələrin əksəriyyəti təsdiq edilmir və mətbuatdan gizlədilir.

İranın Ədli Tibb Təşkilatının yaydığı rəsmi məlumatda bildirilir ki, son 10 ildə ölkədə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 15 min 997 nəfərin həyatını itirib. Bunlardan 15767 nəfərin kişi, 230 nəfərin isə qadın işçi olduğu qeyd olunur.

Bu statistikaya görə, hər il ölkədə il ərzində ortalama 1600 işçi iş hadisələri zamanı həyatını itirir. Ancaq sinfi təşkilatlar və insan haqları fəalları bu rəqəmin reallığı əks etdirmədiyini və sayın daha çox olduğunu bildirir.

Qeyd edək ki, Güney Azərbaycan əyalətlərində işçilərin vəziyyəti acınacaqlıdır. Əmək təhlükəsizliyi və sosial hüqualarının qorunmaması, əmək haqlarının ödənilməməsi ciddi nrazılıqlarla müşayiət olunur. Bununla əlaqədar Həmədan, Qəzvin, Zəncan, Urmu, Ərdəbil, Təbriz və digər şəhərlərdə çoxlu sayda etiraz aksiyaları keçirilib.

Təbrizin “İranxodro” avtomobil, Zənganın "Bahar" yağ zavodlarında işçilər pozulan hüquqlarının qorunmasına etiraz və tətil aksiyaları təşkil edib. Urmunun avtobus sürücülərinin və onlarla başqa aksiyalar azərbaycanlı əməkçilərin hüquqlarının pozulmasından xəbər verir.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin bir neçə gün öncə yayınladığı hesabatda son 3 ay ərzində Güney Azərbaycan şəhərlərində 70-dən çox etiraz və tətil aksiyasının keçirildiyi qeyd olunub.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17