SON XƏBƏRLƏR

"Fərdi hüquqların əldə edilməsi yalnız İran rejiminin devrilməsi ilə mümkündür"-10 insan haqları təşkilatı bəyanat yaydı

2022.08.04, 08:30
"Fərdi hüquqların əldə edilməsi yalnız İran rejiminin devrilməsi ilə mümkündür"-10 insan haqları təşkilatı bəyanat yaydı

Gunaz.tv

Bəyanatda fərdi hüquq və sosial azadlıqlara nail olmağın yalnız İran hökumətinin devirlməsi və Beynəlxalq İnsan Hüquqları Bəyannaməsini həyata keçirməyə sadiq bir hökumətin qurulması ilə mümkün olacağı bildirilir.

 "1979-cu il inqilabından sonra hökumət İran xalqına "məğlub olmuş xalq", ölkəyə isə "fəth edilmiş torpaq" kimi yanaşanların əlinə keçdi və inqilabın ilk günlərindən başlayaraq ən şərif iranlıları öldürməklə öz hakimiyyətini bərkitdi”-deyə, bəyanatda qeyd olunub.

Bəyanat müəllifləri hökumətin müxtəlif vasitələr, o cümlədən məcburi hicab qaydalarını tətbiq etməklə insanların fərdi və şəxsi seçim azadlıqlarını məhv etdiyini bildiriblər.

Bununla yanaşı onlar məcburi hicaba qarşı çıxan qadınların həbsi, onlara qarşı işgəncə metodlarından istifadə edərək məcburi etiraflar alınmasını qeyd edib.

Buna nümunə olaraq Sepide Reşnonu göstərib, onun yalan danışmağa məcbur edildiyini bildiriblər.

Bir neçə nüfuzlu təşkilatın da imzaladığı bəyanatda İran hökuməti ilə hansısa formada əlaqədə olan və rejimin əməllərinə dəstək verənlərin cinayətlərdə şərik olduğu, rejimlə birgə məsuliyyət daşıdığı vurğulanıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar