1003 Xocalı sakinini əsirlikdən qurtarmış qəhrəman: Allahverdi Bağırovun anım günüdür

2021-04-22 10:19

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anım günüdür. 

Gunaz.tv Quote | Gunaz article

Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə  Ağdamda anadan olub. 

Yeddi qız övladından sonra dünyaya gələn uşağın adını valideynləri Allahverdi qoyub. 

 

O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. 

Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alan Allahverdidə gənc yaşlarından təşkilatçılıq istedadı vardı. 

Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub.  O uzun illər Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 

 

Ermənilərin Azərbaycana qarşı separatçılığa başlaması ilə Allahverdi milli hərəkata qoşulur. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşur. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.

 

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında onun böyük rolu olmuşdu.  
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı.  

 

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikasını darmadağın etmişdi. O, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmişdi. Həmin əməliyyat zamanı Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.  

Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülür. 

BAĞIROV ALLAHVERDİ TEYMUR oğlu » VƏTƏN UĞRUNDA - Hərbi-Vətənpərvərlik  Şurasının İnternet Orqanı
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.

Onun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin azad edilməsində böyük xidməti olub. 

 

A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Məhz Allahverdi Bağırovun ermənilərlə apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.  

 

Allahverdi Bağırov 12 iyun 1992-ci ildə Xocalı rayonunun  Aranzəmin kəndi yaxınlğına şəhid olub. 

Allahverdi Bagirovun mezari tapildi - FOTO

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırova "Qızıl Ulduz" medalı təltif olunub.

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15