11 ərəb ölkəsi İranı beynəlxalq terrorizmə dəstəkdə günahlandırıb

2016-11-15 09:46

GünAzTV: 11 ərəb ölkəsinin nümayəndələri noyabrın 14-də BMT Baş Assambleyasının iclasında birgə bəyanat yayaraq İran İslam Respublikasını beynəlxalq terrorizmə dəstək verməkdə və bölgədəki böhran və çaxnaşmanı qızışdırmaqda günahlandırıb.

 

Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə hazırlanan bəyanatı, Bəhreyn, Misir, İordaniya, Küveyt, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Sudan və Yəmən nümayəndələri imzalayıb.

 

Bəyanatda bildirilir ki, İran beynəlxalq terrorizmə dəstək verməklə regiondakı ərəb ölkələrinin daxili işlərinə qarışır, Bəhreyndə, İraqda, Səudiyyə Ərəbistanında, Küveytdə və digər ərəb ölkələrindəki terrorçu qruplaşmaları himayə edərək onlara hərtərəfli yardım göstərir. Vurğulanır ki, İran həm də Yəmənin qanuni hökumətinə qarşı vuruşan yaraqlı “husi” şiələrinə, eləcə də Suriya savaşında Bəşər Əsədə dəstək verən Livan “Hizbullah”ına maddi və hərbi yardımı çatdırır. Bildirilir ki, İran, xarici siyasətində dəyişiklik edərək öz ərəb qonşularına qarşı düşmənçiliyindən və bölgənin sabitliyini pozmaqdan əl çəkməli, bəzi siyasi və dini şəxsiyyətlərin vasitəsilə islam inqilabının region ölkələrinə ixracını dayandırmalı, qonşuları ilə  konstruktiv münasibətlər qurmağa çalışmalıdır.

 

11 ərəb ölkəsinin birgə yaydığı bəyanat, İranın BMT-dəki nümayəndəliyinin üzvü Abbas Yəzdaninin sentyabrın 26-da BMT Baş Assambleyasının illik toplantısında yaydığı bəyanatına cavab olaraq hazırlanıb. İranlı diplomatı yaydığı bəyanatında dolayısı ilə Birləşmiş Ərəb Əmirliklərini və Səudiyyə Ərəbistanını Yəmən xalqını bombalamaqda günahlandırmışdı: “Özlərinin qırıcıları hər gün Yəmənin günahsız mülki əhalisini bombalayan bir ölkənin rəsmisi İranı region ölkələrinin daxili işlərinə qarışmaqda günahlandırır. Bu isə məzhəkəli və riyakarcasına bir iddiadır”.

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanda vaksinasiya olunanların son sayı – STATİSTİKA

2021-02-27

gun az article

GünAz.TV-nin hörmətli izləyicilərinin diqqətinə!

2021-02-27

gun az article

İranda daha 81 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 60 000 nəfərə yaxınlaşıb (Rəsmi statistika)

2021-02-27

gun az article

Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ

2021-02-27

gun az article

Prezident İlham Əliyev: “Türkiyə bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir” - VİDEO

2021-02-27

gun az article

İranın 11 əyalətində koronavirusun mutasiya etmiş ştammı yayılmağa başlayıb

2021-02-27

gun az article

Qubadlının Əfəndilər kəndi - VİDEO

2021-02-27

gun az article

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3190-a çatıb

2021-02-27

gun az article

ABŞ Prezidenti Co Bayden: İranın hərəkətləri cavabsız qalmayacaq

2021-02-27

gun az article

GünazTV Feb.26.2021 : “Amerikada 50 milyon insan peyvənd olundu”

2021-02-26

gun az article

İranda koronavirusdan daha 69 nəfər dünyasını dəyişib, 8 103 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-02-26

gun az article

Qarabağda rus dilinin rəsmi dil elan etməsi xunta rejiminin son cəhdlərdir

2021-02-26

gun az article

“Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur” - Prezident

2021-02-26

gun az article

“Ermənistanın gücü çatarmı bəyanatı pozsun?”

2021-02-26

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 2743 nəfərə çatıb

2021-02-26

gun az article

İran Ermənistandakı qarşıdurmada iştirak edən bütün tərəfləri təmkinli olmağa çağırıb

2021-02-26

gun az article

Xocalı soyqırımından 29 il ötür

2021-02-26

gun az article

GünazTV Feb.25.2021 : “Prezident Coe Bayden Trampın viza qadağasını ləğv etdi”

2021-02-25

gun az article

Talibanın Herat vilayətindəki bazasında İrana məxsus silah-sursat və hərbi formalar aşkar edilib

2021-02-25

gun az article

İranda koronavirusdan daha 94 nəfər ölüb, 8 260 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-02-25