SON XƏBƏRLƏR

120-dən çox sənət adamı və mədəni fəal etirazçı reper Tomac Salehinin azadlığa buraxılmasını tələb edib

2022.11.14, 14:50
120-dən çox sənət adamı və mədəni fəal etirazçı reper Tomac Salehinin azadlığa buraxılmasını tələb edib

Gunaz.tv

Məktubda Tomac Salehinin saxlanıldıqdan sonra döyüldüyü və işgəncə edildiyi qeyd edilib.

Etirazçı müğənni, reper Tomac Salehi oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Məlumatda onun "ölkənin qərb sərhədlərini qanunsuz olaraq tərk etməyə çalışdığı zaman" həbs edildiyini iddia edilib.

Bu iddialardan sonra Tomacın adına fəaliyyət göstərən "twitter" hesabında yayılan məlumatda və onun dayısının açıqlamasında reperin Çaharmahal və Bəxtiyari əyalətində həbs edildiyi, onun ölkəni tərk etməyə çalışdığı barədə rəsmi məlumatın yalan olduğu bildirilib.

O, Tomac Salehinin İsfahan əyalətində, xüsusilə Şahinşəhərdə etirazların qızışdırılmasında və vətəndaşları iğtişaşlara təhrik etməkdə mühüm rol oynadığını iddia edib.

Tomac Salehi bundan öncə də fəaliyyətləri və oxuduğu etiraz məzmunlu mahnılarına görə saxlanılıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar