SON XƏBƏRLƏR

13-cü “Aşıqlar Bayramı” mərasimi əhali tərəfindən böyük rəğbətlə qarşılanıb – Zəncanda / GÖRÜNTÜ

2021.10.20, 07:36
13-cü “Aşıqlar Bayramı” mərasimi əhali tərəfindən böyük rəğbətlə qarşılanıb – Zəncanda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Zəncanda tanınmış ustad aşıqların qatılımı ilə keçirilən 13-cü “Aşıqlar Bayramı” mərasimi əhali tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, mərasim İmam Mədəniyyət Evinin ictimai salonunda keçirilib, iştirakçıların sayı çox olduğundan çoxlarına salonda yer olmayıb.

 

Mərasimdə Urmiyədən aşıq Məhəmməd Hüseyn Dehqan, Şərqi Azərbaycandan aşıq Qaffar İbrahimi, “Xürrəm dərə”dən aşıq Gülabəli Davudbəyli, Zəncan Əyalətinin tanınmış aşıqları və daha bir neçə saz-söz adamı iştirak edib.

 

 “Bir elin, bir millətin, bir dilin bayramı” sözü builki “Aşıqlar Bayramı”nın şüarı seçilib.

 

Mərasimin sonunda qocaman ustad aşıq Müslim Əsgərinin sənət fəaliyyəti təqdir olunub.

Zəncan aşıq məktəbinin tanınmış aşıqlarından olan Müslim Əsgəri onlarla daxili və xarici tədbirlərdə uğurla çıxış edib, onun 120-dən kaseti var.

 

 

“Aşıq Bayramı” mərasimi ideyası birinci dəfə aşıq musiqisi üzrə araşdırmaçı zəncanlı soydaşımız Məhəmməd Rəzzaqi tərəfindən irəli sürülüb.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar