Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30 12:44

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələnib. Qeyd eədk ki, indiyə kimi bir neçə dəfə Təbriz-Əhər magistral yolunun açılışı ilə bağlı xəbər yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Ancaq sonradan yolun tikintisinin tam başa çatmadığı üçün açılış mərasimi təxirə salınıb.

2007-ci ildən tikintisinə başlanan magistral yolunun tikintisinin yekunlaşmaması ilə bağlı müxtəlif bəhanələr gətirilib. Lakin əsas amil yolun inşasına lazım olan vəsaitin ayrılmamasıdır.

Son günlər yenidən magistral yolun açılışı ilə bağlı verilən elandan sonra əlaqədar qurumlar xəbəri təkzib edib və açılışın yenidən gecikdiyini deyiblər.

Məsələ ilə bağlı “Mehr” informasiya agentliyinə açıqlama verən İranın Yol İnfrastrukturunun İnkişafı üzrə Şirkətin sədr müavini Məhəmmədrza Kədxudazadə məsələ ilə bağlı  suala konkret cavab verməkdən yayınıb.

“Problemlə bağlı təkliflər və vəsaitin ayırlması barədə Əhər və Heris bölgələrinin parlamentdəki nümayəndələri məsələ qaldırıblar. Bir ay sonra Təbriz-Əhər yolunun dörd zolaqlı olması işləri başa çatacaq. 
Ümid edirik ki, ilin sonuna kimi “Göycəbel” gədiyində də tamamlanma işləri yekunlaşacaq”-deyə, açılışın bu il də baş tutmayacağına işarə edib.

O, bundan öncə podratçı şirkətin işi vaxtında yerinə yetirmədiyinə toxunub, lakin  şirkətə vəsait ödənmədiyi üçün işlərin ləngiməsi barədə danışmayıb.

undan öncə 31 mayda İranın yol və nəqliyyat naziri Məhəmməd İslami Əhər Vərziğan və Heris nümayəndələrinin yolun tikintisi ilə bağlı suala cavabında nikbin danışıb.

"Bir neçə gün ərzində yolun açılışının şahidi olacayıq”-deyə, o, bildirib.

Qeyd edək ki, Təbriz-Əhər magistral yolunun ümumi uzunluğu 90 kilometrdir. Bu yol Şərqi Azərbaycan əyalətinin ən çox qəzalar baş verən yolu hesab edilir. 

Magistral yolun salınması 14 ildir başlayıb və bu günə kimi vəsait ödənilmədiyi üçün bir neçə podratçı şirkət layihədən imtina edib. 

وعده خرداد به سرانجام نرسید/احداث بزرگراه جاده وحشت۱۴ ساله شد

C.E 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16