SON XƏBƏRLƏR

15 il erməni əsarətində olan Ağdam

2021.10.20, 07:36
15 il erməni əsarətində olan Ağdam

Gunaz.tv
"15 il erməni əsarətində olan Ağdam" agdam.jpg Dəyirmi masa iştirakçıları BMT-yə, Avropa Şurasına, ATƏT-ə müraciət ünvanladılar İyulun 22-də "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi və "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi "15 il erməni əsarətində olan Ağdam" mövzusunda dəyirmi masa keçirdi. "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Nadir Abdullayev dedi ki, ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək siyasəti 15 il bundan öncə Ağdamın da işğalına gətirib çıxarıb. Onun sözlərinə görə, erməni hərbi birləşmələri rayonu işğal edən zaman Ağdam şəhəri daxil olmaqla 80 kənd düşmənin nəzarətinə keçib. Pərvin Abbasov "Digər zəbt olunmuş rayonlar kimi, ermənilər Ağdam rayonundakı ictimai obyektləri, tarixi-mədəni abidələrin bir hissəsini yerlə yeksan ediblər, qalanlarını isə erməniləşdirirlər. Bunun nəticəsidir ki, hazırda ermənilər Ağdam rayonunda "arxeoloji qazıntılar" apararaq olmayan Tiqranakert adlı şəhər "aşkarlayıblar" və buradan tapılan azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələrini öz adlarına çıxırlar. Fikrimcə, həm vətəndaşlarımıza, həm də tarixi abidələrimizə qarşı edilən erməni vandalizminin qarşısını almaq üçün torpaqlarımızın tezliklə azad olunmasını qəti şəkildə tələb etməliyik". "Qolos Karabaxa" qəzetinin redaktoru Qədir Nəsirov Ağdamdan əvvəl ermənilərin işğal etdiyi Ağdərə rayonunda xeyli sayda azərbaycanlı həlak olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O xatırlatdı ki, Ağdamın işğalı nəticəsində Azərbaycana 6,5 milyard dollar ziyan dəyib: "Müharibə getdiyi dövrdə 6 min soydaşımız şəhid olub. Bu insanların içərisində ahıllar, qadınlar və uşaqlarda olub. Doğma yurdlarından didəgin düşən 128 min rayon sakini Azərbaycanın 59 rayonunda müvəqqəti məskunlaşmaqla miskin məcburi köçkün həyatını sürməyə məhkum ediliblər. İşğal etdikləri torpaqları əvvəl-axır tərk edəcəklərini bilən ermənilər 15 il ərzində Ağdam və Ağdərə rayonlarında dağıntılar etməklə yanaşı, torpaqların münbit qatını yararsız hala salırlar və bu əməllərini indi də davam etdirirlər". "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova isə bildirdi ki, hər bir rayonun işğalı zamanı həmin torpaqların azad edilməsilə bərabər ən çox diqqət çəkən əsir və girov məsələsi olur. Onun sözlərinə görə, bu problemin aradan qaldırılması, əsir və girovların geri qaytarılması üçün görülən işlərdə dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutlarının da rolu böyükdür. Esmira Orucova müharibə dövründə Ağdam əhalisindən 49 nəfərin əsir götürüldüyünü, 139 nəfərin isə itkin düşdüyünü xatırlatdı: "Dünyada hər zaman problemlərin həllində ikili standartlar mövcud olub. Ancaq Azərbaycan ona qarşı aparılan bu ikili standartlara məhəl qoymadan beynəlxalq təşkilatları, böyük dövlətləri əsir və girov probleminə diqqət artırmağa məcbur etməlidir. Çünki əsirlikdə olan insanlarımız günbəgün müxtəlif xəstəliklərdən, baxımsızlıqdın və bir çox amillərdən həyatlarını itirirlər. Bu məsələni daha çox diqqət saxlamaq üçün problemlə maraqlanıb köməklik göstərmək istəyən qeyri-hökumət təşkilatlarından bir koordinasiya mərkəzi yaradılsın. Bu, görüləcək işlərdə bir nəticə verə bilər". Tədbirin sonunda dəyirmi masa iştirakçıları işğal olnumuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini və ermənilərin beynəlxalq hüquqa zidd etdiklərə hərəkətlərə lazımi qiymət verilməsi tələbilə BMT-yə, Avropa Şurasına, ATƏT-ə, Minsk qrupu həmsədri olan ölkələrin başçılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ünvanladılar. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar