15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15 14:35

“İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır”.

Gunaz.tv Quote | Gunaz article

Bunu 15 may-Beynəlxalq İqlim Günü ilə bağlı jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sektor müdiri Fuad Hümbətov bildirib. 

F. Hümbətovun sözlərinə görə, hesablamalara görə, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə Selsi yüksələ bilər: “12 dekabr 2015-ci ildə imzalanmış İqlim Dəyişmələri üzrə Paris Razılaşmasında bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin sənaye dövründən əvvəlki göstərici ilə müqayisədə 2 dərəcə C keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.5 dərəcə C-dən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəlib. 

Azərbaycan Respublikası Paris Sazişinə qoşularaq onu 28 oktyabr 2016-cı ildə ratifikasiya edib. Məhz bu sazişin 4-cü maddəsindəki öhdəliyə uyğun olaraq, Azərbaycan özünün Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr üzrə sənədini 2015-ci ilin oktyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyinə rəsmi şəkildə təqdim edib”. 

F.Hümbətov bildirib ki, bu sənəddə qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə olaraq, Azərbaycan 1990-cı il, yəni ”baza ili” ilə müqayisədə 2030-cu ildə İstilik Effekti Yaradan Qazların 35 faiz azalmasını hədəf kimi götürüb:

“Azərbaycanda adambaşına düşən emissiyalar 6.3 ton CO2 ekvivalenti, udulmaları nəzərə alınmaqla netto emissiyalar 5.6 ton CO2 ekvivalent təşkil edib. Qeyd etmək lazımdır ki, 2016-cı ildə dünya üzrə orta hesabla adambaşına netto emissiyalar 6 ton CO2 ekvivalenti olub. Müqayisə üçün bildirim ki, Almaniya və Avstriya kimi inkişaf etmiş ölkələrdə bu rəqəmlər müvafiq olaraq 9.79 ton və 7.74 ton CO2 ekvivalent təşkil edir”. (qafqazinfo)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12