SON XƏBƏRLƏR

16 dağçı Qəzvin yüksəkliklərində çovğuna düşüb

2022.02.12, 12:00
16 dağçı Qəzvin yüksəkliklərində çovğuna düşüb

Gunaz.tv

Onun yerli mediaya verdiyi məlumata görə, 16 qəzvinli dağçı İlvənd  yüksəkliyin itkin düşüb.

Əyalət valisinin müavini, Abyek şəhərinin fərmandarının müavini gün ərzində axtarışı və xilasetmə əməliyyatlarının keçirilməsinin imkansız olduğunu deyib.

Abyek fərmandarının müavini Əliəkbər Rəşvənd mediaya verdiyi açıqlamada dağçıların zirvədən qayıdarkən İlvənd gədiyində ovğuna düşdüyün, onlarla əlaqənin kəsildiyini deyib. Onun sözlərinə görə, ağır hava şəraitinə görə dağçılara hər hansı yardım edə bilməyəcəklər.

“Dağçıların ilişib qaldıqları bölgədə qarın ortalama qalınlığı 2 metr olduğu üçün hər hansı xilasetmə dəstəsinin göndərilməsi mümkün deyil. Ən yaxşı halda hava şərayitinin nisbi yaxşılaşmasını gözləməyə məcburuq”-deyə, Rəşvənd bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar