SON XƏBƏRLƏR

16 YAŞLI MILLI HƏRƏKAT FƏALI MƏHƏMMƏDRZA ƏVƏZPUR DAHA 6 AY ƏLAVƏ HƏBSƏ MƏHKUM EDILDI

2021.10.20, 07:36
16 YAŞLI MILLI HƏRƏKAT FƏALI MƏHƏMMƏDRZA ƏVƏZPUR DAHA 6 AY ƏLAVƏ HƏBSƏ MƏHKUM EDILDI

Gunaz.tv
16 YAŞLI MILLI HƏRƏKAT FƏALI MƏHƏMMƏDRZA ƏVƏZPUR DAHA 6 AY ƏLAVƏ HƏBSƏ MƏHKUM EDILDI 18.06-02.jpg Güney Azərbaycandan verilən məlumata gərə, Güneyli hərəkat fəallarından olan 16 yaşlı Təbriz sakini orta məktəb şagirdi Məhəmmədrza Əvəzpur həbsxanada olduğu halda sifarişli məhkəmə qərarı ilə yenidən 6 ay həbsə məhkum edildi. Təbrizin mərkəzi həbsxana məmurları tərəfindən milli hərəkat fəalı olduğuna görə həbsxana daxilində hər zaman təzyiq və təhqirlərə məruz qalaraq məmurlara etirazını bildirib. Məmurlar ona qarşı təhqiredici söyüşlər və şəxsiyyətinə alçaldıcı əməllər törədərək Məhəmmədrza Əvəzpurun etirazına səbəb olub. Bunu bəhanə edən faşist molla hakimiyyətinin məmurları onun barəsində yuxarı orqanlara və İran Təhlükəsizlik Nazirliyinə müraciət ediblər. Məmurlar iddia edirlər ki, Məhəmmədrza Əvəzpur həbsxana qanunlarını pozaraq İran hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsləri və o cümlədən İranın dini rəhbəri Xomneyinin təhqir edib. Buna əsasən Məhəmmədrza Əvəzpur dünən 17 iyun 2008-ci il tarixində inqilab məhkəməsinin 118-ci şöbəsində hakim Nikkarın sədrliyilə keçirilən qapalı məhkəmədə hal hazırda Təbriz həbsxanasında milli haqlarını müdafiə etdiyinə görə 9 ay həbs cəzasını çəkən Məhəmmədrza Əvəzpura yenidən 6 ay həbs cəzası verilib. Məhkəmənin qərarı ilə İran cinayət məcəlləsinin 514-cü maddəsinə əsasən vəzifəli şəxsləri və rəhbərləri təhqir etmə maddəsilə məhkum edilib. Ümumilikdə Məhəmmədrza Əvəzpur 15 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Məhəmmədrza Əvəzpur Güney Azərbaycan milli hərəkatının yeniyetmə gənclərdən və milli aktivliyinə görə seçilən soydaşlarımızdandır. Dəfələrlə ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalmış və həbs edilmişdir. Bir müddət öncə onun böyük qardaşı mühəndis Mustafa Əvəzpur Təbriz Universitetinin məzunu milli haqlarını müdafiə etdiyinə görə həbs edilib və ağır işgəncələrə məruz qalmışdır. Hal hazırda Məhəmmədrza Əvəzpur və onunla yanaşı bir çox milli fəal Təbriz həbsxanasında və ETTELAAT-ın təcridxanalarında təzyiq və işgəncələrə məruz qalmaqdadırlar vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar