18 insan hüquqları təşkilatı siyasi məhbus Əlirza Fərşi ilə bağlı bəyanat yaydı

2021-07-17 09:41

İnsan hüquqları sahəsində fəaliyyət göstərən və mədəniyyət sahəsində çalışan 18 təşkilat Tehran həbsxanasında saxlanılan siyasi məhbus Əlirza Fərşi ilə bağlı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda Ə.Fərşinin sağlamlıq durumu ilə bağlı təcili tədbirlərin görülməsi və həbs olunduğu zaman ona qarşı zorakılıq edən məmurlara qarşı qanuni addımların atılması tələb olunur.

Əlirza Fərşi Fəşafüyə zindanından pəhləvilərin Türkcə kitabları  yandırmasının növbəti ildönümü ilə bağlı müraciət yayıb- VİDEO

Bəyanatda deyilir:
"Tehran həbsxanasında məhkumluq dövrünü yaşayan ana dili fəalı və siyasi məhbus Əlirza Fərşiyə qarşı İran rəsmilərinin qəddar, qeyri-insani və aşağılayıcı davranışı barədə məlumatlar daxil olub. O, vacib tibbi xidmətdən məhrum şəkildə saxlanılır və müalicə edilmədiyi təqdirdə sol gözünün görmə qabiliyyətini tamamilə itirə bilər.

Əlirza Fərşi dinc mədəni fəaliyyətinə və İranda türklərin ana dili hüququnu müdafiə etdiyinə görə İran məsulları tərəfindən müxtəlif təzyiqlərlə qarşılaşıb.

Ə.Fərşinin bütün fəaliyyəti Azərbaycanın əyalətlərinin ucqar kəndlərində türkcə kitablardan ibarət kitabxana qurmaq, UNESCO-nun təyin etdiyi Beynəlxalq Ana Dili Günü mərasimlərinə qatılmaq və uşaqlara türkcə kitablar paylamaqdan ibarət olub.

O, 2009-cu ilin may ayında Təbrizdə qatıldığı toplantıda İranda azərbaycanlılara öz dillərində təhsil hüququnun verilməsini tələb etdiyi üçün həbs olunub. 2009-cu ilin noyabr ayının 14-də  Təbrizin İnqilab Məhkəməsi onu “hökumət əleyhinə təbliğat” ittihamı ilə bir il həbs cəzasına məhkum edib.

Bununla yanaşı 29 yanvar 2010-cu ildə Culfa şəhərinin Azad İslam Universiteti Əlirza Fərşinin müəllim kimi işləməsinə qadağa qoyaraq onu işdən uzaqlaşdırıb.    

2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb".

Sənəddə bildirilir ki, Ə.Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətinə iki illik sürgün cəzasına məhkum edilib.

"Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

31 mart 2021-ci il tarixində o yenidən mühakimə olunaraq İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə istinadən “sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzasına məhkum olunub.

Bununla yanaşı məhkəmə "keçmişdə cinayət törətdiyinə" görə onu 2 il müddətinə ictimai fəaliyyətlərdən, partiya və qruplara üzv olmaqdan məhrum edib.

Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarılıb"-deyə, sənəddə qeyd olunur.

18 təşkilatın birgə bəyanatın daha sonra bildirilir ki, Əlirza Fərşi son həbs hadisəsi ilə bağlı verdiyi məlumatda əllərinin qandallandığını, bundan sonra məmurlar tərəfindən döyüldüyünü, baş və göz nahiyəsindən çox saylı yumruq zərbələri aldığını, bunun nəticəsində boyun və sol göz nahiyəsindən ağır zədə aldığını bildirib.

"Siyasi məhbus 7 may 2021-ci ildə müayinə olunmaq üçün 3 günlük məzuniyyət almağa nail oldu. Həkimlərin müalicəni davam etdirmək və kornea əməliyyatı üçün təcili əməliyyata ehtiyac olduğu barədə rəylərinə baxmayaraq, həbsxana məsulları onun məzuniyyət müddətinin uzadılmasına razılıq vermədilər.

Mədəni fəal iyunun 29-da Tehran şəhərinin "Loğman" xəstəxanasına köçürülüb və bir neçə saat sonra yenidən həbsxanaya qaytarılıb. O, iyulun 4-üdə bir daha Tehran şəhərinin Farabi göz xəstəxanasına aparılıb. Klinikada müayinə olunan Əlirza Fərşi yenidən saxlanıldığı həbsxanaya geri qaytarılıb.

Həkimlər onun sol gözündə kornea nəqli üçün cərrahi əməliyyat aparılmasının, lakin onun əməliyyata qədər təkrar müayinədən keçməli, lazerlə müalicə olunmasının vacib olduğunu deyiblər.
Göz həkimləri təkrar müayinə üçün onun iyulun 6-da yenidən xəstəxanaya aparılmasını istəyiblər"-birgə bəyanatın mətnində belə deyilir.

İnsan hüquqları təşkilatları Əlirza Fərşinin diabet xəstəliyinə tutulduğunu və həbsxanada yoxlama və müalicə imkanlarından məhrum olduğu üçün ağır druruma düşdüyünü bəyan edib:

"İyulun 6-da Əlirza Fərşinin yaxınlarından olan məhbus Əmir Hüseyn Muradi COVİD-19 xəstəliyinə yoluxub və bu xəstəliyinin əlamətləri Ə.Fərşidə də görünüb.  

Bu bəyanatı imzalayan təşkilatlar İran məsullarının azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə qarşı qəddar və aşağılayıcı davranışlarını qınayır. Biz İran İslam Respublikasının rəsmilərindən Əlirza Fərşinin həyat və sağlamlığının qorunması üçün tədbirlər görməsini, tibbi imkanların yaradılmasını və müalicəsinin təmin olunmasını tələb edirik.

Əlirza Fərşi ədalətsiz bir məhkəmədə mühakimə və ittiham olunub. Biz onun İranda etniklərin hüquqları uğrunda apardığı fəaliyyətlərə görə hədəf seçildiyi və əqidə məhbusuna çevrilməsindən naharatıq. 
Biz Əlirza Fərşinin dərhal azad edilməsini və həbs zamanı ona qarşı qəddarlıq və zorakılıq edən məmurların qanuni əməllərinə hüquqi qiymət verilməsini tələb edirik".

Bəyanatı  İranda Əbdulrəhman Burunmənd İnsan Haqları Mərkəzi,  İranda Azərbaycan İnsan Haqları Təşkilatı və digər 16 təşkilat imzalayıb.
 

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:  
 

Güneyli siyasi məhbusla bağlı BMT-ə müraciət olundu

Siyasi məhbus Əlirza Fərşi Tehranın Farabi xəstəxanasına aparılıb

Sosial mediada siyasi məhbus Əlirza Fərşiyə möhtəşəm dəstək- VİDEO

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30