SON XƏBƏRLƏR

18 oktyabr Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

2021.10.20, 07:36
18 oktyabr Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

Gunaz.tv

GünAz TV: Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür.


Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.


Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.


Azərbaycanın Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biri kimi hər il 18 oktyabrda qeyd edilir.


N.S

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar