“1905-1918-ci illərdə ermənilər yüz minlərlə soydaşımızı qətlə yetirib”-Tanınmış yazıçı

2021-04-05 11:35

Ermənilər qondarma soyqırımla bağlı yalan məlumatlar yaymaqda davam edir. 

Gunaz.tv Quote | Gunaz article

Qarşıdan sözdə “erməni soyqırımı”nın anım günləri gəlir. Düşmən yenə də Türkiyəyə, Azərbaycana qarşı ittihamlar səsləndirir. Lakin son illər üzə çıxan faktlar göstərir ki, ermənilərə qarşı heç bir soyqırım faktı olmayıb. 

Osmanlı imperiyası ərazisində yaşayan və mənsub olduqlara dövlətə arxadan zərbə vurmağa çalışan erməni icmasının köçürülməsi zamanı müəyyən çətinliklər yaranıb. 

Ermənilər isə hamilərinin dəstəyi ilə Cənubi Qafqaz, Güney Azərbaycan və Türkiyənin şərqində yaşayan azərbaycanlılara qarşı qətliam siyasəti aparıblar. 

44 günlük Vətən savaşında qazandığımız Böyük Zəfər erməni mifini dağıtdı. Düşmənə döyüşdə qalib gəldik, sıra informasiya savaşıdır. Azərbaycanlılara qarşı törədilmiş soyqırımın miqyası haqqında germək həqiqətlər üzə çıxmalıdır.

“Olaylar” qəzetinin baş redaktoru, tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz Günaz.TV-yə açıqlamasında bildirib ki, istər XX əsrin əvvəli, istərsə də sonlarında azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətləri ilə bağlı əsl həqiqət üzə çıxmalıdır: “1992-ci ildə törədilmiş Xocalı soyqırımı zamanı azərbaycanlılar kütləvi şəkildə qətl edilib. 

Mənə belə zərbə vura bilməzlər" - Yunus Oğuz səhifəsinin ələ keçirildiyini  deyir

Cəmi üstündən 28 il keçib, bu qətliamla bağlı belə məlumatlar doğru deyil. Livan ermənisi “Xaç yürüşü” kitabında yazır ki, Xocalıdan aralı bir yerdə 2 minə qədər insanı qətl etdik, yandırdıq. Deyir ki, “Qaplan” adlı xüsusi qrup meyitləri yandırmaqla məşğul idi. 

31 mart soyqırımı ve ermeni vehşiliyi. |

Ancaq yazılır ki, Xocalı 613 nəfər şəhidimiz var. Mən bununla bağlı aidiyyatı qurumlara müraciət etdim. Bildirdim ki, 613 rəqəmi çox azdır, qətliamın real miqyasını əks etdirmir”. 

Yunus Oğuz bildirib ki, 1905-1918-ci illərdə Qafqazda, Türkiyə və Qacar dövləti ərazisində qətlə yetirilən azərbaycanlıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur: “Bu günlərdə Güney Azərbaycan Televiziyasının (Günaz.TV) hazırladığı video-çarxa baxdım.  Orda göstərilir ki, bütövlükdə 700 minə yaxın soydaşımız ermənilər tərəfindən öldürülüb. 

O zaman baş verənləri qeydə almağa texniki vasitə yox idi. Amma şəhərlərin əhalisinin sayı bilinir axı. Bakıda ən azı 20 min, Şamaxıda 15 min, Qarabağda, İrəvanda, Gəncədə, Lənkəranda ən azı 10 min soydaşımız öldürülüb. Güney Azərbaycanın Urmiya bölgəsində 150 mindən çox insanımız öldürülüb. 

Culfa, Xoy və Mərənd bölgəsində 60 min azərbaycanlı öldürülüb. Biz bu faktları qabartmalıyıq. 

Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bilməlidir ki, əslində soyqırım azərbaycanlılara qarşı baş verib. Ermənilər öz hamiləri ilə birlikdə türk, müsəlman olduğumuza görə bizi məhv etməyə, izimizi silməyə, soyumuzu qurutmağa çalışıblar. İqdırda mənə öldürülüb quyuya atılmış soydaşlarımızın qalıqlarını göstəridlər. Bunu ermənilər etmişdi. 

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Dəhşətə gəldim. Qubadakı kütləvi məzarlıq kimi bir yer idi. Qarsda, Ərzurumda da azərbaycanlılara qarşı soyqırımı baş verib. 

O zaman bu hadisələr Xalq Cümhuriyyəti hökuməti tərəfindən araşdırılmışdı. Bununla bağlı fövqəladə komissiya yaradılmışdı. Lakin 28 aprel işğalından sonra istintaqın işi yarımçıq qaldı”. 

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

2021-04-17

gun az article

Rusiyada Ukraynanın konsulu saxlanıldı

2021-04-17

gun az article

Ağdam – yer üzündən silinmiş şəhər-Səfər QEYDLƏRİ-FOTOLAR

2021-04-17

gun az article

Şoyqudan Qarabağda mina AÇIQLAMASI

2021-04-17

gun az article

Dövlət Departamenti Rusiyanın sanksiyalarına reaksiya verdi

2021-04-17

gun az article

ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

2021-04-17

gun az article

Bayden: “İranla danışıqlar davam edir”

2021-04-17

gun az article

ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

2021-04-17

gun az article

Səfir Giorgi Cancqava: “Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək”

2021-04-16

gun az article

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı

2021-04-16

gun az article

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

2021-04-16

gun az article

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

2021-04-16

gun az article

Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

2021-04-16

gun az article

Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub

2021-04-16

gun az article

Rusiya DİN MDB ölkələrinə ultimatum verdi

2021-04-16

gun az article

Angela Merkelə "AstraZenca" vaksini vurulub

2021-04-16

gun az article

Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

2021-04-16

gun az article

Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16

gun az article

Belaruslu politoloq: "Minsk qrupunun mexanizmləri işləmir"

2021-04-16

gun az article

Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib

2021-04-16