SON XƏBƏRLƏR

2 Güney Azərbaycanlı hərbçisi müvəqqəti azadlığa buraxılıb_ Bir həbçidən isə xəbər yoxdur

2021.10.20, 07:36
2 Güney Azərbaycanlı hərbçisi müvəqqəti azadlığa buraxılıb_ Bir həbçidən isə xəbər yoxdur

Gunaz.tv
2 azərbaycanlı hərbçisi müvəqqəti azadlığa buraxılıb Bir həbçidən isə xəbər yoxdur Güney Azərbaycanın Miyana şəhərindəki hərbi obyektlərdən birində həbs edilən 3 azərbaycanlı hərbçidən ikisi böyük məbləğdə girov qoymaqla zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Güneydəki mənbələrin məlumatına görə, azərbaycanlı hərbçilər ordu daxilində milli fəaliyyətdə ittiham edilərək həbs edilib. Həbsdə olan digər hərbçi barədə hələlik heç bir məlumat əldə etmək mümkün olmayıb. Onun harada saxlandığı barədə ailəsinə də xəbər verilməyib. Məlumatda o da bildirilir ki, ordu və polis sıralarındakı azərbaycanlı yüksək rütbəlilərin Təbriz, Urmiyə, Marağa, Ərdəbil, Miyana və Zəncan kimi Azərbaycan ərazilərindən ölkənin digər bölgələrinə köçürülməsi və ya onların vaxtından tez təqaüdə göndərilməsi sürətlənib. Qeyd edək ki, bir müddət öncə İran mətbuatı da azərbaycanlı hərbçilərə qarşı münasibətin kəsinləşməsi barədə xəbər yaymışdı. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar